

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

Ülkər Piriyevanın yeni kitabının təqdimatı
3 İyun Beynalxalq Mətbuat Mərkəzində gənc və istedadlı yazar, şairə Ülkər Piriyevanın "Fikir qayıqları " kitabının möhtəşəm təqdimatı mərasimi oldu. Təqdimatda ədəbiyyat aləminin görkəmli yazıçı və şairləri ilə birgə gənc ədəbiyyatçılar və ədəbiyyat sevərlər iştirak etdilər. Çıxış edənlər Ülkər Piriyevanın müasir ədəbiyyatımızın inkişafına böyük tövhələr verdiyini vurğuladılar və ona yaradıcılıq uğurları arzuladılar.
Bizdə “Bizim Tv” kollektivi olaraq Ülkər Piriyevaya yaradıcılıq uğurları arzulayırıq.
Müxbir- Orxan Şahbazov

