

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
"Edebiyyatqezeti.az" saytının açılışı və Faiq İsmayılovun "İynəboyu bir dünya" kitabının təqdimatı
26.05.2017-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində görkəmli şair və yazarların iştirakı ilə Ədəbiyyat qəzetinin "Edebiyyatqezeti.az" saytının açılışı, Əlibəy Hüseynzadə mükafatının və Faiq İsmayılovun "İynəboyu bir dünya" kitabının təqdimat mərasimi keçirildi. Tədbiri griş sözü ilə şair Fikrət Qoca açaraq ədbiyyatımızın inkişafından danışdı və belə tədbirlərin şair və yazarların yaradıcılığına müsbət təsirinin vacibliyini vurğuladı. Daha sonra şair İlqar Fəhmi ədəbiyyatımızda gənclərin və kitabın nə qədər önəmli olduğundan söhbət açdı. Sonra isə Ədəbiyyat qəzetinin baş rdaktoru Azər Turan ədbiyyat qəzetinin fəaliyyətindən danışaraq yeni açılan saytın ədəbiyyatımıza və ədəbiyyat sevərlərə uğurlu olmasını arzuladı. Tədbirdə Faiq İsmayılovun "İynəboyu bir dünya" kitabınında təqdimatı oldu. Tədbirin sonunda ədəbiyyatımızın inkişafında göstərdiyi xidmətə görə bəzi şair və yazarlar "Əlibəy Hüseynzadə" mükafatına layiq görüldü.
Orxan Şahbazov





