

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

"İNK TV"-nin könüllüləri yeni uğura imza atdı
Bu gün İctimai Nəzarət Koalisiyasının jurnalist könüllüləri ilə "İNK" internet yayım kanalının "İctimai Səda" xəbərlər buraxılışının aparıcı heyyətinin təyin olunması üçün təlimlərə start verildi. Efir rejissoru Orxan Şahbazovun nəzarəti ilə "Gözəllik sirləri" verlişinin aparıcıları Nərminə Ağazadə və Nəzakət Niftiyeva, "İdman ani" verlişinin aparıcısı Fərrux Həsənli, "7-dən 77-yə" verlişinin aparıcısı Havin Şəfaqızı, eləcədə yeni qoşulan jurnalistlərdən Aliyə xanım, Xumar Hacıyevanın iştirakı ilə Xəbərlər proqramının təlimi üçün çəkilişlər oldu. Çəkilişlər zamanı könüllü jurnalistlərin nöqsanları aşkar olundu və bu nöqsanların aradan qaldırılması, gələcəkdə onların peşəkar jurnalist olması üçün "DAMM"-ın 1-ci Vitse-Prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, "İNK" İntenet Yayım kanalının təsisçisi Rasim Məmmədov və peşəkar jurnalist Mətanət Ağamirli öz dəyərli məsləhətlərini verdilər. Tezliklə "İNK" Tv-nin efirində "İctimai Səda" xəbərlər buraxılışın gündəlik yayımı təmin olunacaq.



