top of page

“İstedadlı Əlillər” İctimai Birliyi 

24 aprel 2017-ci il tarixdən etibarən “İstedadlı Əlillər” İctimai Birliyi “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi çərçivəsində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin tələbələrinə İngilis dili kurslarının təlim edilməsinə başladı. Tədbiri giriş sözü ilə Mərkəzin drektoru Rahilə xanım Həsrətova açaraq xarici dil kurslarının təşkil edilməsinin gənc iştrakçılar üçün əhəmiyyətindən danışdı və xüsusi olaraq vurğuladı ki, “Xarici ölkələrdə keçirilən idman yarışlarında ölkəmizi təmsil edən paralimpiyaçılarımıza ingilis dilini bilmək faydalıdır və əhəmiyyətlidir”... Sonra İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, “Bu mərkəzdə təşkil etdiyimiz xarici dil kursları və yaxın günlərdə təşkil edəcəyimiz “Layihə Universiteti”-nin təlim edilməsi iştrakçılarin gələcəkdə əmək fəaliyyəti ilə məşğul olmalarına zəmin yaradacaq, öyrəndiklər nəinki iştrakçıların özləri üçün, eyni zamanda cəmiyyət üçün faydalı olacq. Qeyd edim ki, təşkil olunan kurslar iştrakçılara ödənişsiz olaraq təlim ediləcək”... Daha sonra Şəms Tərcümə Xidmətləri Mərkəzinin nümayəndəsi mövzu ilə əlaqəli çıxış etdərək vurğuladı ki, kurslar həftədə üç dəfə olmaqla üç ay təlim ediləcək, zərurət olarsa təlimlərin vaxtının artırılmasına baxılacaq”... Çıxışlardan sonra iştrakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırıldı. Tədbirin sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov qeyd etdi ki, Birliyimizin “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəziin təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin gerçəkləşməsində əməyi və dəstəyi olan hər kəsə təşəkürümüzü bildiririk”.

                                                                             İƏİB-nin mətbuat xidməti

bottom of page