

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.









Seyyid Məcid Əsri
Olmaz
Eşqin yolu macərasız olmaz
Üşşaq başı bəlasız olmaz
Ey asi könül, itaətim tut
Salik yolu rəhnümasız olmaz
Biganə qalıb çəkilmə saqi
Çəkmək qədəh aşinasız olmaz
Eşq əhli olur fəqir u üryan
Zöhd əhli əba qəbasız olmaz
Naseh zəlisənmi ya nəsən sən
Adəm bu qədər həyasız olmaz
Sandım ki gədanəm ey şəh et əfv
Şəh lütf ü gəda xətasız olmaz
Olsam gər itin dedim olurmi
İt-get dedi ol vəfasız olmaz
Olmaz bu qədər əda də ey yar
Hərçənd ki yar ədasız olmaz
Əsri o həkim verdigi dərd
Min şükr ola ki dəvasız olmaz
Sənin
Hər qədəm atdıqda səsləndikcə xəlxalin sənin
Qəbrdə titrər təni-üşşaqi-pamalin sənin
Zülfin içrə çilləkeş könlüm cünun olsa nə ğəm
Çün çehel dağ urmağa amadədir xalin sənin
Ğönçədən mətləb ləbindir sərvdən məqsəd qədin
Səfheyi-gülzardə hər nəqş timsalin sənin
Qəddi xəm həmmal söylüb yükləmə dərdin mana
Ey könül həmmal özünsən yoxdu həmmalin sənin
Uymusan qal əhlinə ey can özündən hali ol
Özgələr həmhali olma özgədir halin sənin
Küllən ol kül mən tək ey pərvanə pərvaz eyləmə
Şəm` odun söndürməsin badi-pər ü balin sənin
Mənzilin zülmətdi çün salmır o məh bir yol güzər
İntizar ilə keçir Əsri məh ü salin sənin
Oldu
Cövrün də çox umduqda könül yarim az oldi
Bədbəxt həp eşqündə sənin yarimaz oldi
Tam atmaq içün saqi başimdan bu xumari
Doldur əyaği başə çəkim yarim az oldi
Yüz gəz dedi könlə müjəmə qaşima az bax
Vadar seni etmə dəlim yarim az oldi
Tən böl tənim at ac itinə yarimi yox yox
Cansız cəsədim hamisin at yarim az oldu
Çox istəyən azdan olur Əsri dilədim mehr
Çox gördi mənə cövrini də yarim az oldu
Eylər
Urar xal könlümə xali qaşı qəddim kəman eylər
Kəman tək xal urar bu binəva canim fəğan eylər
Kitab açdım kitabim bağlumiş halim bəyan oldi
Nihan bəxt ulduzum ol mah içün falim əyan eylər
Bayıldar buy–i muyi könlüm ayıldar dəm–i fəmmi
Yüzi mehri xoş əhvalim gözi qəhri yəman eylər
Sözüm şirin qılar ol bal dodağin zikri misra`im
Əgər ol sərv qəddin vəsfi movzun u rəvan eylər
Çapardim Bisütun dağin yapardim qəsr–i Şirin mən
Gər ey Fərhad bilsəm xosrovum anda məkan eylər
Güman ki zənn edür naseh həqiqətdən olub agəh
Bu zənnin bir həqiqət olduğın ğafil güman eylər
Alırsan ibtidadən çün vəfa dərsin bu məktəbdə
Səni ustad-i eşq ey tifl Əsri imtəhan eylər
Cəm oldu yaş
Ğəm dəmi ətrafıma cəm` oldu yaş
Ah mana həmdəm olub çəkdi baş
Rif`ətim ey ah nola yet gögə
Dövlətim ey yaş dəxi başdan aş
Ah könül bəzmim üçün dudi-ud
Qanlu yaş altun yüzümə daş ü qaş
Halimi hər dəm edər izah ah
Razimi hər ləhzə qılar faş yaş
Ah çıxub yaş axınca didim
Bu ğəm olar şərh ona bu sirr faş
Yaşıma baxmaz məgər ol çeşmi məst
Ahimə yanmaz dimə ol bağrı daş
Sirrim əyandır elə halim bəyan
Ah çəküb dökməz idim yaş kaş
Əsri saçub yaş dəxi etmə ah
Dər nəzər–e xəlq xəceltər məbaş
Güllər
Aç yüzin də`viyi-hüsn et qızara ta güllər
Tök telin bir də həsəddən dağıla sünbüllər
Nalədə itləri ilə tək ötüşməkdə könül
Səsinə münsif olub səs verin ey bülbüllər
Can quşum bir nəfəs ah atəşinə tən qəfəsin
Yandıra bilmədi başinə ələnsin küllər
Nə ağır uyquya getmiş oyadın mey satanı
Gəlmişik süftə edək biz ayağı yüngüllər
Qıvrılursan gecələr Əsri ilan vurmuştək
Yoxsa qatmış yuxuna zəhr o qəra kaküllər
Qələm
Qələm istər ki xətin hərfilə etsin tə`rif
Yoxmi vəhmi bu hərifin edə nagəh təhrif
El ki xain qalanı Kə`be–i könlüm fəthin
Sən əminsən edərəm tək sənə ey büt təklif
Yaslanam kölgənə derdim günəş üzlü sərvim
Zərrəcə kölgəsi yoxmış qədinin öylə lətif
Baş qoyub səcdə edəm derdim ayağun izinə
Qoymaz imiş yoluna iz qədəmün onca xəfif
Yüz sənəm gər məni min dinə çəküb leyk mənə
Eşqinin gözləməgim şər`in olub din–i hənif
Əgər əğyarin əlindən edər olsan hicrət
Gəzmə bir ğeyr mədinə könülə ver təşrif
Hüsn me`racinə getdün güni ayi ötdün
Bəşər etməz mələkim hüsnüni kamil tövsif
Qalib–i şe`rimə can zikridi Əsri yoxsa
Nəmə lazimdi ki boş qafiyə vü vəzn ü rədif