

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.









Rəşad Ataşov
Araşdırmaçı, xəttat
Faili-Məchul
Bəzilərimiz -- Biz, Uca Yaradanın şah əsəriyik deyər.
Bəzilərimiz -- Biz, yadplanetlilərin genetik mutasiya eksperimentləri nəticəsində, yaranan məxluqlarıq deyər.
Bəzilərimiz -- Biz, ümumiyyətlə evolyusiyanın təzahürüyük deyər.
Bəzilərimiz -- Biz, yoxuq, yoxluq elə bizik deyər.
Bəzilərimiz -- Biz, zəkalı və ağıllılarıq deyər.
Bəzilərimiz -- Biz, bizimlə bizik deyə iddia edər.
Bəzilərimiz -- Biz, bir anı digər an ilə müqayisə etdiyimizdə zamanı təyin edənlərik deyər...
Bəs sizcə biz kimik?
Deyirlərki
Deyirlər ki, "dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da. Sözün zahiri zərif, batini lətif olmalıdır". Amma mən elə düşünürəmki, sözdəndə ən mürəkkəb olan, baxışlarımızdır. Elə baxışlar var ki, onun zahiri də batini də ifadələrə sığmayacaq qədər zəngindir. Bəzən baxışlarımız muncuq kimi düzülmüş sözlərdən daha dolğun və daha dəyərli olur... İnsan qarşındakına deyə bilməyəcəyi sözü baxışları ilə deyir. Baxış var acıqlı, baxış var xumarlı, baxış var süzgünlü baxış var utandırıcı, baxış var susqun, baxış da var dünyanı göz bəbəyinə sığdırmaqla yanaşı öz "kimliyini" həmən yerdən təqdim etməyə qadirdir. Elə ona görə də hamınıza kiçik bəbəyinizə yerləşən dünya ilə həyata geniş baxmağınızı arzu edirəm.
Əyri
Əl əyri, əməl əyri, göz əyri, baxış əyri, dil əyri, dindar əyri, söz əyri, söhbət əyri, dəb əyri geyim əyri. Əyri... əyri... əyri... nə qədər belə əyrilik sadalamaq olar. Hələ bu azmış kimi, ağaclarımız da, təbiətimiz də əyri görsənir. Nə hikmətdir bilmirəm, amma bu qərbin ağacları da özləri kimi dübbədüz çıxır, onların əyri olan ağacları belə, effektiv görsənir. Niyə bizdə hər şey bu qədər əyri görsənir ? Arada öz-özümə deyirəm, ay Rəşad, bəlkə bu sənə elə gəlir, bəlkə bu bir təlqindir ki, özünə edirsən, bəlkə elə öz gözün əyridir? Sonra düşündüm ki, yaxşı, əgər belədirsə, nə üçün dünyaca tanınmış marka avtomobillər, telefonlar, aksesuarlar bura gələrkən öz özəlliyini itirir? Yəni düzikən əyri görsənir. Sanki istifadə etdiyin ən keyfiyyətli brendlər burda çox dəxlisiz və mənasız görsənir. Bir dəfə başqa ölkədən bulvara gətirilən dünyanın ən bahalı, ağaclarına baxmağa getdim. Doğrudan da çox xoşuma gəldi, həqiqətən, çox əzəmətli idilər. Bir neçə aydan sonra həmin qərib ağacların yanından keçirdim. Bir də gördüm ki, bu ağaclar öz kreativliyini itirməklə yanaşı, artıq əyilməyə meyilldir. Sanki yolda durub, siqaret dilənən birini xatırlatdi mənə. Modern bina tikilir, “vsyoravno” nəsə çatmır, yenə əyri görsənir. Zənnimcə, bütün bunları, yəni bizi və təbiəti əyri edən elə biz özümüzük. Əgər biz hər işimizdə özümüz kimi olsaq, təbiətimiz də özümüz kimi olacaq. Təsirlənmək, təsir etmək yəni..
“Nə üçün "dindarlar" intlektual olmurlar, yaxud ola bilmirlər”?
Belə bir sual əksər insanları düşündürür. Əslində isə cavabı çox sadədir. Bir "dindarın" muasir cəmiyyətimizə adaptasiya ola bilməməsinin əsas səbəblərindən biri özlərini dar çərçivəyə salmalarıdır. Bu da sonda fikir ayrılıqına, qaragüruhçuluqa gətirib çıxarır. Danılmaz həqiqətdirki "dindarlar" yaxud dini kəsim adlandırdıqımız topluluq heç vaxt savadlı və ziyalı olmağa cəhd etmirlər.(az bir qism istisna edilir) Bütün bu boz və bulanlıq dindar prototipi sivil insanları dindən, əqidədən uzaq salir. Əlbəttə maariflənmiş şəxs heç vaxt belə bir əqidəyə mənsub olub özünü tənəzzülə uğratmaq istəməz. "Dini kəsimin" belə olmasının başqa tərəfi də mütaliəsizlik, incəsənətə meyilliliyin az olması, teatra, kinoya getməmək, elmi texniki tərəqqinin parlaq nəaliyyətlərini görməmək, əyləncəni birbaşa rədd etmək və.s. Bir sözlə müasir insan təfəkküründən 1000 illiklərlə geriyə köklənmələridir. Dünya inkişaf edir. Müsəlman dindarlar isə bu prosesin mərkəzində olmaq istəmir. Elə hey 1500 il əvvəlki dövrə aid qeyri-müəyyənlikdə kilidlənib qalırlar. Əgər hələ də bir dindarın baxış açısı "namaz qılmayanı cahil görməkdirsə" bu elə özü cahilliyin kulminasiya nöqtəsidir. Digər tərəfdən əgər günümüzdə bir "ilahiyyatçı" yaxud "ruhani" hələ də Peyğəmbərin(s) bütün dillərdə danışdıqını iddia edib bunu kütləyə yedizdirirsə, yaxud İmam Əlinin(ə) qılıncının böyüklüyünü, onun çəkisini müzakirə edirsə, deməli Peyğəmbər və Əli özləri də o ruhaninin təqdim etdiyi qədərində tanınacaq.
Əgər bir molla Mersedes markalı avtomobilini idarə edə-edə, samsunq və ya iphone telefonuna gələn zəngləri cavablandırırsa, sonra da həmən mollaya ünvanlanan "qeyri müsəlmadan" alış-veriş etmək olarmı?" sualının qarşılıqında "xristianlardan, bütpərəstlərdən (kafirlərdən), yəhudilərdən" alver emək haramdır" deyə cavab verirsə hansı üstün düşüncədən söz gedə bilər? Bir "ruhani" muasir zəmanəmizdə "kişilər qadınlardan üstündür" deyiminə istinadən hələ də minbərlərdən qadınları aşağlayırsa hansı hüquq bərabərliyindən söhbət gedə bilər?
Bu gün bir "dindar" qarşındakı ziyalının ya da sadə bir vətəndaşın qalstuk taxmasına, üzünün ülgüclə təraş olmunmasına görə ona dırnaqarası baxırsa hansı intlektuallıqdan söhbət gedə bilər? Xülasə, siyahını uzatmaq olar. Əfsuslar olsun ki, müsəlman dindar nəinki inkişaf edir əksinə bütün bu təlqinlərin sayəsində günü-gündən geriləməkdədir.
Əl-qərəz, bütün bu olanlardan sonra avam kütlənin xüsusən də bekarçılıqdan dini özünə sığınacaq guşəsi seçən insanların həyata baxış bucağı necə olmalıdır sizcə? Ya da dünyanın islam dininə qarşı olan münasibəti hansı səviyyədə olmalıdır? Axı nə vaxta qədər belə davam edəcək dindar təfəkkürü? Bəli, o vaxta qədərki, müsəlman cəmiyyəti boş-boş faydasız, puç işlərə vaxt ayıracaq, yeri gəldi-gəlmədi məzhəb söhbətləri edəcək, insanlara Allahın soruşacaqı mövzularla bağlı "namaz qılırsanmı, oruc tutursanmı" sualını verəcək, bax elə o vaxta qədər də müsəlman topluluğu yerində sayacaq...
Deyirlər, ürək yoxsa ağıl?
Əslində bunların hər ikisi lazımdır. Adətən biz qərarlarımızı ağılla verməyə çalışırıq, ancaq bəzən ağlımızın verdiyi qərarlar da düz olmur. Elə vaxt olur ki, çarəsiz qalıb əlimizin hər tərəfdən üzüldüyü an ürəymizin səsinə qulaq asıb qərar veririk.Və əlbəttə ürəyimizin də verdiyi qərarlar hər dəfə düz çıxmır və bizi uçuruma aparır. Ona görə də bu paradoksallığı aradan qaldırmağın yeganə yolu "ağıl və ürəyin" vəhdətidir. Ağlımız, düşüncənin gücü, ürək isə o gücü istifadə etmək üçün ən unikal vasitədir.
Ağlımızı və ürəyimizi nəzarət altına alaraq məntiqlə qərar vermək ən doğrusudur. Əgər ağıl və ürək vəhdətini bir araya gətirə bilsək, o zaman hər kəs sağlam ruha malik olacaq. Və həmən sağlam ruh bizə bütün çirkinlinkələrdən nicat verəcək. Elə mən də ağıl və ürəyimi bir araya gətirərək, hamıya ağlını düzgün istifadə edəcək qədər idrak, ürəyinin səsinə qulağ asacaq qədər vicdan və ağılla ürəyin vəhdətini qoruyacaq qədər təmiz ruh arzulayıram.