

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.






Seyyid Dəyanət Səmimi
İstəmisən
Sənə xeyli neçə məhrumi- vüsal istəmisən,
El, içində məni Məcnuna- misal istəmisən.
Qeyrilər məhrəm olub əksinə, öz- aşiqinin,
Bu, qara rəngli qara bəxtin halal istəmisən.
Hacətin sayə salan yerlərə iz qoydu üzüm,
Əmin ol, səcdə ilən ərzi- cəmal istəmisən.
Qəlbə varsan ki, bilim ol, ələmi- eşq nədir,
Yəni ki qönçənin al, bağrına- xal istəmisən.
Aşiqin könlünü yıxmaq məncə yaxşı deyil,
Arada bir nəzər et, gör nə-xəyal istəmisən.
Qaş qaraldı iki, gözdə dura xəlvət- qaşım,
Yəqin ey məh ki, Səmimi iki, al istəmisən.
Hicran yarası
Qonuram ləblərivün qönçəsinə,
Dönəsən bal dodağın busəsinə,
Biləsən kimdi məsiha üzlüm,
Gələsən surələrin - ayəsinə.
Gedəsən istəmirəm heç- yanə,
Qalasan can- cigərin parəsinə.
Könül- ağuşu məni məst eylər,
Dönəm ol, məstilərin- badəsinə.
Nə- olar getmə yaxın gəl gözəlim,
Həsrətin çökdü gözün- pərdəsinə.
Qalmayıbdır daha tabım ürəyim,
Dözürəm mərmilərin- qəlpəsinə.
Hələ- bimarın olandan dözəcəm,
O, Səmimi bu, gəliş- müjdəsinə.
Gileylənmə
Zülfün dağılmaq adəti var- çox gileyləmə,
Bir dalğalı öz- zülməti var- çox gileyləmə.
Hicran- qəmi, qürbət sitəmi hazır olandan,
Ağu dolu qəm möhnəti var- çox gileyləmə.
Bülbül kimi gəz, eyləmə çox naleyi- əfqan,
Hər aşiqə gül, həsrəti var- çox gileyləmə.
Əğyarın uyub nəfsə bu, dildarə yar gəzib,
Yarın çox acı, qisməti var- çox gileyləmə.
Qoy el, mənə divanə deyib qəbul eyləsin,
Mənlə kimin ünsiyyəti var- çox gileyləmə.
Bir gün, olar Səmimi səndə köç eləyərsən,
Bir azca ani- müddəti var- çox gileyləmə.
Gəlib
Yerə Cəbrəil alib bir güli zibani gəlib
Eləyib ətr ilə bihuş cəmi dünyani gəlib
Onu kövsər çagirib Allah özü bəs nə üçün
Çaglayan məhşərəcən bir bulagin mislidi çün
Özü pak övladi pak nəslidə pakdir ki bütün
Gətirib yer üzünə əxlaqi ə'lani gəlib
Anadir hər iki dünyada ləyaqətli ana
Odur hər bir kəsə örnək həmi iffətli ana
Ona Əhməd özüdə söylədi şəfqətli ana
Bu şərafətdi sevindirməyə Tahani gəlib
O xanim,Murtəzanin eşq yolunun yoldaşidir
Neçə il ömr eləyib həmdəm olub sirdaşidir
O Əli xanəsinin zinətidir daş qaşidir
Bu gəlişlə eləyib zəngin o Mövlani gəlib
Dünyaya gəldiyi an ah nə gözəl aləm olub
Onu seyr eyləməyə hətta mələklər cəm olub
Ona xidmət eliyən Sara olub Məryəm olub
Özünə ram eləyib Asyani Həvvani gəlib
Yenə Ya Zəhra adindir dilimin dirçəlişi
Bizə bayramdi bu mövlud gününün hər gəlişi
Bu gün aşiqlərinin yox ki Xanim başqa işi
Ana kim bilmiş əgər Həzrəti Zəhrani gəlib
Tərəf
Yenə düşdün Seyyid bir quru səhrayə tərəf,
Üzü on, dörd- gecəlik ay, kimi leylayə tərəf.
Qıl qənimət bu, qısa ömrünün hər anını tut,
Çünki gəlmiş ki gedə hamı o dünyayə tərəf
Səndə uyma bu cahanın O, şirin sərvətinə,
Ömrünü zay, eləmə sərvəti- rüsvayə tərəf.
Bürüyüb gülşəni- mə' vanı yenə- əfqanım,
Yetəckdir deyəsən bülbülü- şeydayə tərəf.
Eşqdə Yusif üçün atdı Züleyxa qədəmin,
Kim edər Yusifi ogar bu, Züleyxayə tərəf?.
Kimə bu xeyrini yaysan gözəlim, yox eybi,
Bir səvab işdi Səmimi üzü- sevdayə tərəf.
Səhərim
Oxşayır dan yerinin müşkünü ənbər səhərim,
Yüz yol, üstündə könülsüz açılan hər səhərim.
Bir az ehmalca sığaldan ələ gəlmək haqqın,
Yəqin əldən buraxıb verməgə dilbər səhərim.
İlk baxışda nə, gözə xeyli münasib biri tək?,
Oldu tam fərqli münasib o, dilavər səhərim.
Sübhi vəqti göz, açıb böylə dedi; dil YaRəbb,
Axı boz daşlara dönmüşdəri neylər səhərim.
Ətri var hər dəfə duyduğda o, meh ətrini gəl,
Səmimi hər kəsə müşk ətrini eylər səhərim.