

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
Ölməzliyin tarixi
09.04 2017 tarixdə bir qrup vətənpərvər insanlarln təşəbbüsü və təşkilatçılığı ilə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir. Tədbirdə ziyalılar, ağsaqqallar, şəhid ailələri, ictimaiyyətin nümayəndələri vətənpərvərlik ruhunda çıxışlar etmişlər. Tədbirdə 12 saylı litseyin şagirdləri kompozisiya ilə çıxış etdilər. Tədbiri təşkil etməkdə məqsəd şəhidlərimizi, milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq və təbliğ etmək idi. Tədbir xeyriyyəçi Hacı Tofiqin yaxından dəstəyi və təşkilatçılığı ilə təşkil olunmuşdur.Tədbirdə İstedadlı Əlillər İctimai Birliyi, Şəhid ailələrinə və Veteranlarını Müdafiəsi İctimai Birliyinin Abşeron rayonu üzrə şöbəsinin sədr müavini iştirak etmişdir.







