

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
Müğənni Mehrim yeni bir uğuraimza atıb

Müğənni Mehrim gənc istedadlı musiqiçi Dj Vebo ilə yeni layihəyə imza atıb. "Əlləri qaldır havaya" adlı mahnıda canlı instrumental musiqi alətlərinə böyük önəm verən müğənni türk zurnasında istedadlı musiqiçi Əfqan, udda və türk sazında Emin, zərbdə isə Rövşən ritm qrupunun dəstəyi ilə ərsəyə gətirdiyi mahnısının klip çəkilişlərinə başlayıb.
