top of page

Qanadımız olsaydı uçardıq

Bakı-Səlyan yollarının bərbad vəziyyəti

Azərbaycan günü-gündən çiçəklənən, inkişaf edən bir dövlətdir.Cənab İlham Əliyevin bənzərsiz siyasəti nəticəsində ölkəmizin bütün sahələrində sürətli  inkişaf təqdirə layiqdir. Bu inkişafın ən bariz nümunəsi olaraq yollarımızı misal çəkə bilərik. Prezidentimizin inkişaf yönümlü fərmanları nəticəsində magistral yollar genişlənir, asfalt örtükləri yenilənir, yeni yol qovşaqları salınır.

Bakı-Səlyan yolunun Səlyan rayonlarına gedən yolları görüncə isə bu inkişafın sanki bilərəkdən kimlərsə tərəfindən dayandırıldığının şahidi oluruq. Kolanı, Kürsəngi, Kərimbəyli, Qarabağlı və s. rayonların yollarında asfalt örtüyü o qədər bərbad vəziyyətdədirki maşınlar sanki bu yolları getməkdən imtina edib, sərnişinlərdən və sürücülərdən utanıb qanad çalıb uçmaq istəyir.

Çuxurlarla dolu yollarda sürücülər maşını idarə etməyə yer axtarırlar.Belə yollarda qəza şəraiti danılmazdır.Alternativ yolların olmaması isə nəqliyyatın hərəkətini daha da çətinləşdirir. Yerli sakinlər isə bi işdə Səlyan rayon İcra Hakimiyyətinin başçısı Hətəmov Sevindik cənablarını günahlandırırlar.

Biz isə əminikki, bu reportajımızdan sonra Səlyan rayon İcra Hakimiyyəti başçısı Hətəmov Sevindik cənabları yerli sakinlərin haqqlı narazıçılığına səs verəcək və tezliklə yolların bərbad vəziyyətdə olmasının qarşısını alaraq dövlət başçımızın Azərbaycanımızın günü-gündən çıçəklənməsi naminə apardığı məqsədyönlü siyasətinin bir hissəsi olan yollarımızın təmiri və bərpasına dəstək olacaqdır.

 

Orxan Şahbazov

bottom of page