top of page

“BizimTv” İnternet Yayım kanalı yeni və tam fərqli uğura imza atdı

06.07.2017-ci il tarixində “BizimTv” İnternet Yayım kanalının və “İnsan Alverinə və İstismarına qarşı mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətə dəstək hər kəsə örnək” layihəsi nəznində bağlı bir çox informasiya vasitlərinin iştirakı ilə dəyirmi masa arxası konfrans keçirildi.Konfrans erməni daşnaqları tərəfindən vurularaq şəhid olmuş 2 yaşlı körpə Zəhra balanın və nənəsinin ruhunun 1 deqiqəlik sükutla yad olunması ilə başladı.

Konfransı giriş sözü ilə “BizimTv” İnternet Yayım kanalının direktoru Orxan Şahbazov açaraq 8 aydan çoxdurki, davam edən  “Dövlətə dəstək hər kəsə örnək” layihəsi haqqında geniş məlumat verdikdən sonra bildirdiki, bu günki konfransın məqsədi öz şəxsi resursları və maddi bazasının hesabına fəaliyyət göstərən informasiya vasitələrinin dövlər prinsipləri və jurnalistikanın inkişafı naminə birləşərək “Dövlətə dəstək hər kəsə örnək” layihəsi nəznində müştərək əməkdaşlıq üçün 12 maddədən ibarət təklif planı hazırlanmışdır. Orxan Şahbazov eyni zamanda bildirdiki, 12 maddədən ibarət təklif planı ilə “Dövlətə dəstək hər kəsə örnək” layihəsi  nəznində birləşərək müştərək fəaliyyət göstərmək Cənab Prezidentin dövlər prinsipləri və jurnalistikanın inkişafı naminə məqsədyönlü siyasətinə böyük bir təkan olacaq. Təklif planı ilə tanış olduqdan sonra ilk öncə çıxış edən  “İnsan Alverinə və İstismarına qarşı mübarizə” İctimai Birliyinin sədri Vüsalə Həsənova bu təklif planını alqışla qarşıladığını bildirdi. Daha sonra “Məlumat-mərkəzi.com” saytının baş redaktoru Nazim Allahverdiyev, “SumTv” İnternet Yayım kanalının direktoru Samir bəy,  “Millitv.az” saytının baş redaktoru Zamin bəy, “Döyüşçü” qəzetinin və saytının baş redaktoru Cahangir Ağsulu, jurnalist Kamil bəyin və bir çox medi nümayəndələri öz çıxışlarında bu təklif planının dövlər prinsipləri və jurnalistikanın inkişafı üçün təqdirə layiq olduğunu qeyd etdilər və edən  “Dövlətə dəstək hər kəsə örnək” layihəsi  nəznində ilə “BizimTv” İnternet Yayım kanalı iləmüştərək əməkdaşlığa daima hazır olduqlarını bildirdilər.

Konfrans “Dövlətə dəstək hər kəsə örnək” layihəsi nəznində 12 maddədən ibarət təklif planı ilə müştərək əməkdaşlıqla bağlı ümümi sayı 10 informasiya vasitəsi olmaqla daxili nizamnamə hazırlandıqdan sonra yekun konfransın keçirilməsi ilə ictimaiyyətə çatdırılması qərarı ilə yekunlaşdı.

bottom of page