

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
Xocalı və Nizami rayon veteranlar təşkilatının sədri və “Veteran” qəzetinin baş redaktoru Qafar Nuriyev 100-ə yaxın şəhid və müharibə veteranları ailələrinə Novruz bayramı münasibəti ilə bayram hədiyyəsi təqdim etdi. Çıxışı zamanı Qafar Nuriyev Azərbaycanın müstəqilliyi uğrunda şəhidlərimizin və müharibə veteranlarının haqqının danılmaz olduğunu bildirdi. İstər maddi, istərsə mənəvi cəhətdən hər zaman onların yanında olduğunu vurğuladı. Sonda isə bir daha şəhid və veteran ailələrinə dövlət rəhbərinin qayğısından bəhs etdi şəhid və müharibə veteranlarının timsalında bütün Azərbaycan xalqının Novruz bayramını təbrik etdi.





