

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
Aktrisa modellərə meydan oxudu




Hamımızın Fidanı aktrisa Zülfiyyə Məmmədova "Daş salnaməsi" muzeyində "Fashion Week" moda təqdimatının açılış tədbirində tanınmış Model Elnarə Bəkirovanın dəfiləsində öz füsunkar geyimi və hərəkətləri ilə model aləminə meydan oxudu. Müsahibim isə modellərə meydan oxuyan aktrisa Zülfiyyə Məmmədovadır.
-Xoş gördük Zülfiyyə xanım.
-Xoş gördük.
-İlk öncə tədbirlə bağlı qısa olaraq məlumat verərdiz...
-Tədbir hər il keçirilən dəb müsabiqəsidir, bu il ki tədbir “Daş salnaməsi” muzeyinde, yəni bu gözəl, maraqlı və qeyri adi dizayna məxsus binada keçirildi. Düzü burda ilk dəfəyəm, amma adama xoş ,isti təsir bağışlayır, bu gün “Fashion Week”-in ilk günüdür, biz açılışı etdik, amma say hesabı ilə en son podiuma biz çixacayıq, deyim ki Azərbaycan tarixində ilk dəfədir ki belə bir ideya reallaşır, profisional madelyer öz dəfiləsində teatr və kino aktrisalarından istifadə edir, bu Elnarə Bəkirovanın uğuru, bizim üçün isə gözəl şansdır.
-Sizə təklif kim tərəfindən gəldi?
-Mənə təklifi gənc lakin gənc olduğu qədər də bacarıqlı jurnalist Elvin Elxandan gəldi, o məni Elnarə xanımla tanış etdi və beləliklə bu gözəl ýolun təməli qoyuldu.
-Aktrisalıq və modelliyin oxşar və fərqli cəhətləri?
-Düzü çıxış öncəsi tamaşa öncəsi olduğu kimi çox böyük həyəcan keçirtdim, şükrlər olsun ki, hər şey uğurlar bitdi, burda da tamaşaçı alqışı, diqqəti ve qiyməti böyük önəm daşıyır ,eynən teatrda olduğu kimi
-Gələcəkdə aktrisalığı buraxıb model olmaq fikriniz var?
-Yox, əsla mən sənətimin aşiqiyəm,amma arada belə ekspermentde etmək lazımdır,rəngarənglik üçün..........
-Qarşıda gözlənilən yeniliklərlə bağlı nə deyə bilərsiz?
-Qarşıda yeni mövsüm,və yəqin ki yeni layihələr olacaq,olan mütləq dəyəcəm, eynən bu gün oldugu kimi, sizə də sonda təşəkkür edirəm ki saydınız, gəldiz, bizləri seyr etdiniz, sağ olun var olun!
Orxan Şahbazov

