top of page

“İstedadlı Əlillər” İctimai Birliyinin fiziki məhdudiyyəti olan şəxslər üçün komputer kursları təlim edir.

29 aprel 2017-ci il tarixdən etibarən Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi çərçivəsində komputer kurslarının təlim edilməsinə başladı. Tədbirin açılışında İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, “Layihə məşğulluğun artırılması məqsədi ilə fiziki məhdudiyyəti olan şəxsləri müxtəlif peşə və ixtisas kurslarına cəlb edilməsindən bəhs edir. Layihənin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətin çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir. Bu layihə çərçivəsində ingilis dili kursları, “layihə universitetinin” təlimi, komputer kurslarının təlim edilməsi nəzərdə tutulub. Komputer kurslarının təlim edilməsində Birliyimizə təşkilatı dəstəy olan Abşeron Rayon İcra Hakimiyyətinin Başcısına və əməkdaşlarına təşəkkürümüzü bildiririk. Qeyd edim ki, komputer kurslardan sağlamlıq imkanları məhdud şəxslərlə bərabər aztəminatlı ailələrin üzvləridə faydalanacaq”... Sonra iştrakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırıldı.

n                                                                        İstedadlı Əlillər İctimai Birliyinin Mətbuat Xidməti

bottom of page