

Bizim Tv
İnternet yayım şirkəti

Bizim TV internet yayım kanalı 09.08.2010 tarixində yaradılmışdır. Televiziyanın əsas məqsədi dövlət və dövlətçiliyimizin qorunması olmuşdur. Müxtəlif formatlı verlişlər və görüntülər sayəsində amallarımızın müqəddəsliyi qorunmuş və qorunacaqdır. Əsas məqsədimiz isə gənclərimizə yaxından dəstək olmaqdır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

Gəlin ki, nəfəs alaq.

Bu gün Ağstafada "Yazıçılar evi"ndə oldum. Dəyərli yazıçı-publisist, jurnalistlər birliyinin üzvü, mənim ilk qədəmlərimdə əllərimlə tutub şeir aləmində yüksəlisimdə stimul verən dəyərli sair Firdovsi Heydərliylə görüşdüm. Görüşdə tanınmış şair və eyni zamanda Ağstafa şəhəri 3 nömrəli orta məktəbin direktoru Aydın Tağızadə, tanınmış mərhum şair Eyvaz Qələmcəlinin yadigarı saz söz sənətində öz sözünü deməyi bacaran dəyərli sənətkar Aşiq İlqar Qələmcəli və onun tələbəsi iştirak etdi. Görüşümüzdə maraqlı nüanslara toxunduq və bu görüş bizə çox xoş təsir bağışladı. Bir araya gəlməyimizin əsas mahiyyəti isə "Dövlətə dəstək, hər kəsə örnək" layihemizin nəzdində söz ocağı olan Ağstafamızın tanınmış şairləri ilə "Şeir bir nəfəsdir" devizi altında görüş keçirmək idi.İyunun 24 saat 11:00 da baş tutacaq şeir gecəmizə şairləri dəvət edirik. Gəlin ki, nəfəs alaq.
Günay Fuadqızı




